Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Elm və təhsil


SOCAR-ın Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətləri arasında elm və təhsilin inkişafına qayğı prioritet yer tutur. Çünki hər bir cəmiyyətin inkişafı onun elm və təhsilin inkişafına göstərdiyi dəstəyə düz mütənasibdir.

SOCAR-ın Elm Fondu şirkətin bu sahədə öhdəsinə götürdüyü böyük sosial məsuliyyət həcminin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” tapşırığını təhsilə etdiyi yatırımlar, töhfələrlə yerinə yetirən SOCAR bu sahədə də ölkənin aparıcı şirkətlərindəndir. 2012-ci ildən fəaliyyət göstərən SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinə ingilis dilində yüksək keyfiyyətli mühəndis təhsili verir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Ali Məktəbdə ilk məzun buraxılışının keçirildiyi 2017-ci ildən bugünədək bütün məzunlar işlə təmin olunublar.

SOCAR onu da nəzərdə saxlayır ki, xarici dillərdə ali təhsil almaq üçün tədrisi bu dildə aparan məktəbəqədər hazırlıq müəssisələri və orta məktəblər də olmalıdır. Bu səbəbdən, 2012-ci ildən ingilis dilində təhsil verən “Azərbaycan Britaniya Kolleci” (Azerbaijan British College - ABC) və 2014-cü ildən fransız dilində tədris verən “Bakı Fransız Liseyi” (Lycée Français de Bakou - LFB) məktəblərinin yaradılmasına dəstək olub.

Şirkət, həmçinin Təlim Mərkəzləri, Təqaüd Proqramları, Ödənişli və Ödənişsiz İstehsalat Tərcübələri ilə gənc nəslin elm, təhsil və təcrübəyə olan istəklərini reallaşdırır.