Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Marketinq və satış


SOCAR öz marketinq və satış əməliyyatlarını 30 ilə yaxındır ki, həyata keçirir. Bu qısa müddətdə dünyanın bir çox ölkələrində topdansatış və pərakəndə satış üzrə uğurlu biznes sahələri qura bilib.

2007-ci ildə yaradılan "SOCAR Trading" şirkətinin Baş ofisi İsveçrənin Cenevrə şəhərindədir, Dubay, Hyuston, London, Sinqapur şəhərlərində nümayəndəlikləri, İstanbul, Monako, Moskva şəhərlərində isə ofisləri mövcuddur. "Azeri Light" markalı neftin əsas təchizatçısı olan Şirkət, həmçinin nafta, benzin yanacağı, təbii qaz (LNG), maye qaz (LPG), qazoyl, kondensatlar, ultra aşağıkükürdlü dizel yanacağı, eləcə də üçüncü tərəflərin xam neftinin ticarətini təşkil edir.

Təbii qazın Azərbaycanda və xarici ölkələrdə abonentlərə paylanması və satışını SOCAR-ın törəmə müəssisələri həyata keçirir. Azərbaycan ərazisində bu fəaliyyətlə “Azəriqaz” İstehsalat Birliyi məşğul olur. Birlik 2 285 000-dən çox abonentə yüksək səviyyəli xidmət göstərir. Gürcüstan bazarında təbii qazın idxalı, pərakəndə və kommersiya satışını isə “SOCAR Georgia Gas” həyata keçirir və hazırda 715 mindən çox abonenti var. Türkiyədə 569 000 abunəçisi olan SOCAR-ın “Kayserigaz” və 1 milyondan çox abunəçisi olan “Bursagaz” şirkətləri də yüksək xidmət səviyyəsi ilə seçilir.

Bundan əlavə, Azərbaycan, Gürcüstan, Rumıniya, Ukrayna, İsveçrə, Türkiyədə “SOCAR”, Avstriyada isə "A1" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri müştərilərinə keyfiyyətli benzin, qaz və dizel yanacağı təklif edir. Şirkətimiz beynəlxalq hava limanlarında təyyarələri də yanacaqla təmin edir. “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “SOCAR Dağıtım” qardaş ölkədə bir çox hava limanlarına aviasiya (SOCAR Aviation) və su nəqliyyat vasitələri (SOCAR Marine) üçün yanacaq məhsulları tədarükünü həyata keçirir.