Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın fəaliyyəti regional və beynəlxalq səviyyədə enerji təhlükəsizliyinin, neft-qaz və neft-kimya sənayesinin inkişafına strateji marağı təmin etmək, iqtisadi, elmi-texniki və intellektual potensialın artırılmasına dəstək olmaq, enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatlarının və istehsal edilmiş məhsulların daxili və xarici bazarlarda satışından əldə olunan gəlirləri maksimuma çatdırmağa əsaslanır.

Şirkət bu dəyərləri rəhbər tutaraq həmişə dayanıqlı və davamlı inkişafa nail olmağa, Azərbaycan vətəndaşları, eləcə də ümumilikdə bütün hüquqi şəxslər üçün mənfəət əldə etməyə çalışır.

KSƏTƏMM istiqamətində məqsədimiz SOCAR-ın bütün əməliyyatlarını bədbəxt hadisələrə, peşə xəstəliklərinə, qəza hallarına yol vermədən, ətraf mühitə minimal zərərlə həyata keçirməklə, əməliyyatlarda idarəetmə fəaliyyətinin qabaqcıl standartların tələblərinə uyğunlaşdırılması, proses və prosedurların inteqrə olunmuş şəkildə əlaqələndirilməsi ilə dəyər zəncirini təkmilləşdirməkdir. Bu məqsədimiz istiqamətində SOCAR-ın KSƏTƏMM üzrə 2022-2025-ci illər üçün qısamüddətli və orta-uzun müddətli hədəfləri müəyyənləşdirilib.