Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti 2022-ci il 25-26 oktyabr tarixlərində Birləşmiş Krallığın London şəhərində keçirilən Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatının Rəhbər Komitəsinin illik iclasında iştirak edib.
Görüşdə SOCAR-da həyata keçirilən bir sıra uğurlu layihələr haqqında məlumat verilib, səmt qazı atılmalarının 2%-dən də aşağı səviyyəyə endirildiyi diqqətə çatdırılıb.
SOCAR tərəfindən 21 min ton CO2 ekvivalentində emissiyaların atılmasının qarşısının alındığı, SOCAR-ın regionda karbon kreditlərini əldə edən və satışını həyata keçirən ilk şirkət olduğu ifadə edilib.
Tədbirdə, həmçinin GGFR təşkilatının adının dəyişdirilərək “Flaring Methane Reduction Partnership - FMRP” olması təklifi irəli sürülüb və bu təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul olunub.