Performansın idarə olunması
Səriştələrin idarə olunması prosesi
Əməkdaşlarımızın davamlı inkişafını təmin etmək, onların səriştələrinin biznesin hədəflərinə çatması üçün lazım olan təşkilatı səriştəlik tələblərinə uyğunluğunu yoxlamaq üçün “Səriştə əsaslı idarəetmə" həyata keçiririk. Bu zaman işçilər tutduqları vəzifələr üzrə rəhbərləri tərəfindən və digər metodlarla qiymətləndirilir. Qiymətləndirmə nəticəsində əməkdaşların inkişaf ehtiyacı olan səriştələrini müəyyən edir, müxtəlif inkişaf metodları (təlim, işüstü öyrənmə, mentor dəstəyi ilə öyrənmə, müstəqil öyrənmə və s.) vasitəsilə inkişaf etdirir.
Effektivliyin idarə olunması prosesi
Şirkətimizin biznes göstəricilərinin yüksəldilməsi, istehsal proseslərinin səmərəliliyinin artırılması üçün hədəf əsaslı (performans əsaslı) fəaliyyət həyata keçiririk. Bunun üçün şirkətin strateji hədəflərini individual səviyyəyə qədər ötürürük. Əməkdaşlarımıza rəhbərləri tərəfindən hədəflər (əsas səmərəlilik göstəriciləri) təyin edilir və qiymətləndirmə dövrünün sonunda onların fəaliyyəti bu göstəricilər əsasında qiymətləndirilir.