Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın 22 aprel 2013-cü il tarixində təsdiq edilmiş "Kadr siyasəti" aşağıdakı prinsiplər əsasında təşkil olunub:

  • bərabər imkanların yaradılması məqsədi ilə işçilərin müsabiqə yolu ilə seçilməsi;
  • işçilərin davamlı inkişafı üçün peşəkar təlimlərin təşkil edilməsi;
  • işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi vasitəsilə vəzifə funksiyalarının icra vəziyyətinin və səriştələrinin ölçülməsi nəticəsində onların karyera yüksəlişinin planlaşdırılması və vəzifədə irəli çəkilməsi;
  • işçilərin maddi və qeyri-maddi (psixo-sosial) ehtiyaclarını müəyyən edərək, onların səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sisteminin qurulması və tətbiqi;
  • işçilərin səmərəli fəaliyyətini və hüquqlarının qorunmasını təmin edən sosial-təminat sisteminin inkişaf etdirilməsi;
  • işçilərin səmərəli fəaliyyət göstərməsi məqsədilə təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi.