Hörmətli namizəd!
Sizə,
Gənc İstedadlar Proqramı üzrə müsabiqənin test imtahanı mərhələsində 2 blokdan ibarət olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edirik.
1. "Koqnitiv bacarıqların qiymətləndirilməsi" üzrə - 20 test tapşırığı.
2. "İngilis dili biliklərinin yoxlanılması" üzrə - 20 test tapşırığı;
Test tapşırıqlarını cavablandırmağınız üçün 60 dəqiqə vaxt ayırırıq.
DİQQƏT!
Test imtahan nəticələrinin qiymətləndirilməsi - test imtahanının nəticəsini bal sistemi tətbiq etməklə qiymətləndiririk. Doğru cavablandırdığınız test tapşırıqlarının hər birini 1 balla, yanlış cavablandırdığınız və ya cavablandırmadığınız test tapşırıqlarının hər birini isə 0 balla qiymətləndiririk. Nəzərə alasınız ki, səhv cavablandırırdığınız test tapşırıqları sizin ümumi nəticənizə təsir etmir.
Namizədlər şəxsiyyətini təsdiq edən müvafiq sənədlə (fotoşəkili əks olunmuş şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya hərbi bilet) və ya şəxsiyyət vəsiqəsinin elektron nüsxəsini təqdim etməklə imtahana buraxılırlar.
İmtahanda namizədlərə təqdim edilən test tapşırıqlarına dair mövzu və istinad mənbələri İmtahan proqramı bölməsində yerləşdirilmişdir.