“Fəhlədən Mühəndisə” İnkişaf Proqramı
Biz ali təhsilli fəhlə peşəsində çalışan əməkdaşlarımızı yetişdirərək onları mühəndis edirik. Proqram çərçivəsində “gələcəyin mühəndisləri” mentorlarının dəstəyi ilə mühəndis fəaliyyətlərini icra edir, təlimlərdə iştirak edir. Proqramın sonunda iştirakçıların səriştələrini qiymətləndirir, onları vakant olan mühəndis vəzifələrinə təyin edirik.
Bununla da kiçik mühəndis/mütəxəssis kateqoriyalı vakansiyaları daxili namizədlərimiz hesabına komplektləşdirir, onların karyera inkişafını təmin edirik.