Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR, Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin bir qolu olaraq, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verir. Çünki ailə - hər bir cəmiyyətin özəyidir, ona verilən dəstək xoşbəxt cəmiyyətin formalaşması üçün olduqca önəmlidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə publik hüquqi şəxs qismində yaradılan ABAD (Ailə Biznesinə Asan Dəstək) təşkilatı ilə SOCAR-ın əməkdaşlığı çərçivəsində bölgələrdə təsərrüfat fəaliyyəti ilə məşğul olan ailələrə öz bizneslərini peşəkar səviyyədə qurmaları, lazımi avadanlıqlarla təchiz edilmələri üçün geniş dəstək göstərilir. Ailə təsərrüfatlarının monoblok konteynerlərlə təmin olunması istehsalatda insan əməyinin yüngülləşdirilməsinə, daxili və xarici bazarlara çıxarmaq üçün daha çox məhsul istehsalına şərait yaradır.