Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Ziba Mustafayeva

Vitse-prezident

Mustafayeva Ziba Tacəddin qızı 09 dekabr 1979-cu ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini fərqlənmə ilə, 2003-cü ildə isə magistratura səviyyəsini bitirib. 1998-1999-cu illərdə ABŞ səfirliyinin “FSA” adlı proqramının müsabiqəsini uğurla keçərək ABŞ-ın “University of Alabama in Hunstville” Universitetində Ümumi iqtisadiyyat üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 2000-ci ildə “Azercell Telekom” MMC-də başlayıb. 2000-ci ilin yanvar ayından Müştəri xidmətləri şöbəsində kiçik təmsilçi, həmin ilin noyabr ayından Telemarketinq qrupunun rəhbəri vəzifəsində işləyib. 2001-2004-cü illərdə Müştərilərlə əlaqələr şöbəsinin Telefon əlaqə mərkəzinin qrup rəhbəri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə İnsan qaynaqları departamentinə Şöbələrin idarəedilməsi və daxili ünsiyyət bölümünün təmsilçisi, 2006-2008-ci illərdə İşəqəbul və şöbələrin idarəedilməsi bölümünün rəhbəri, 2008-2010-cu illərdə Təşkilati inkişaf bölümünün rəhbəri vəzifələrində işləyib. 30 iyul 2010-cu ildən etibarən İnsan qaynaqları şöbəsinin rəhbəri, həmin ilin dekabr ayından isə departamentin direktoru vəzifəsində, 01 iyul 2019 – 14 fevral 2022-ci il tarixlərində İnsan kapitalının idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

2022-ci ilin mart ayından SOCAR–ın birinci vitse-prezidentinin müşaviri vəzifəsində, eyni ilin iyul ayından etibarən isə SOCAR–ın prezidentinin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Ailəlidir, 2 övladı var.