Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Zaur Qurbanov

Vitse-prezident

Qurbanov Zaur Aydın oğlu 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. 2000-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçib və ölkədən kənarda sülhməramlı missiyalarda iştirak edib. 2010-cu ildə Odlar Yurdu Universitetini "biznesin təşkili və idarəolunması" ixtisası üzrə bakalavr, 2012-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası magistr dərəcəsi üzrə başa vurub.

2005- 2010-cu illərdə müxtəlif yerli və xarici şirkətlərdə əmək fəaliyyəti ilə məşğul olub. 2010-2020-ci illərdə “Ernst&Young” beynəlxalq audit və məsləhət şirkətində baş mütəxəssis, baş məsləhətçi, menecer, baş menecer və direktor kimi məsul vəzifələrdə çalışıb. Bu illər ərzində bir sıra təlim və treyninqlərdə iştirak edib. 2020-ci ildən "Azərbaycan İnvestisiya Holdinqi"nin Baş icraçı direktorunun müavini vəzifəsini tutub.

2021-ci ilin 11 avqust tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub. 2021-2022-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü vəzifələrini daşıyıb.