Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Ruslan Əlixanov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Ruslan Şərafəddin oğlu Əlixanov 1976-cı il iyulun 9-da Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində təhsil alıb və buranı fərqlənmə diplomu ilə bitirib. 1995-1996-cı illərdə ABŞ-ın Missuri-Sent-Luis Universitetini, 2000-2002-ci illərdə isə Texas Universitetini "maliyyə" ixtisası üzrə fərqlənmə ilə bitirib.

1998-2000-ci illərdə Dünya Bankında Xəzər dəniz regionunda energetika, kənd təsərrüfatı və maliyyə sahələri üzrə layihə mütəxəssisi qismində fəaliyyət göstərib. 2000-2001-ci illərdə “Dell Computers” şirkətinin ABŞ ofisində strateji biznes meneceri olaraq çalışıb. 2001-2013-cü illərdə “McKinsey and Company” şirkətində müxtəlif vəzifələrdə çalışaraq həmin şirkətin Partnyoru vəzifəsinə yüksəlib. 2013-2014-cü illərdə Mərkəzi və Şərqi Avropanın ən iri nəqliyyat şirkətlərindən biri olan “FESCO” şirkətinin prezidenti vəzifəsində çalışıb. 2014-2018-ci illərdə “Argo” investisiya şirkətinə rəhbərlik edib və logistika, İT, telekommunikasiya, kənd təsərrüfatı və turizm sahələrində xüsusi vəziyyətlər və aktivlərin idarəedilməsi ilə məşğul olub. 2018-2020-ci illərdə “Boston Consulting Group” şirkətinin Partnyoru və icraçı direktoru olub, o cümlədən MDB ölkələrində xüsusi vəziyyətlər üzrə ekspert qrupuna (BCG TURN) rəhbərlik edib. 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə SOCAR-ın Müşahidə Şurasının üzvü təyin olunub.