İsrafil Məmmədov
SOCAR-ın Müşahidə Şurasının üzvü
İsrafil Aydın oğlu Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb. 2017-ci ildə ABŞ-ın Stanford Universitetinin Biznes məktəbində, eləcə də ABŞ-ın Yeуl Universitetinin İdarəetmə məktəbində, 2018-ci ildə ABŞ-ın Harvard Universitetinin Biznes Məktəbində İdarəetmə üzrə ixtisaslaşma proqramlarında iştirak edib.
1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr İdarəsində, 1996-2007-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində və 2007-2008-ci illərdə SOCAR-ın Böyük Britaniyadakı nümayəndəsi vəzifələrində çalışıb. 2008-2013-cü illərdə əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri, sonra isə 2013-2019-cu illərdə Fondun İcraçı direktorunun müavini vəzifələrində işləyib. 2019-cu il 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsinə təyin olunub. 2019-cu ildən "Cənub Qaz Dəhlizi" QSC-nin Müşahidə Şurasının üzvüdür. 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvü olub. 09 sentyabr 2020-ci ildən Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvüdür. 2019-2021-ci illərdə Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyətinin üzvü, 24 sentyabr 2020-ci ildən 06 iyul 2022-ci ilədək "Bank VTB" ASC-nin Müşahidə Şurasının müstəqil üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə SOCAR-ın Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikasının Baş nazirinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın üzvüdür.