Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Elşad Nəsirov

Vitse-prezident

Nəsirov Elşad Mustafa oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.

1981-1982-ci illərdə SSRİ-nin Əfqanıstandakı səfirliyində, 1982-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, 1985-1989-cu illərdə SSRİ Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1989-1992-ci illər ərzində SSRİ-nin Hindistandakı səfirliyində işləyib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1992-1995-ci illər ərzində Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində çalışıb, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisinin müavini olub. 1997-2003-cü illərdə ARDNŞ-nin Xarici iqtisadi əməliyyatlar İdarəsinin, 2003-2005-ci illərdə isə Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2005-ci il tarixli Sərəncamı ilə şirkətin vitse-prezidenti vəzifəsinə təyin olunub. 2004-cü ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.