Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Elnur Soltanov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Elnur Zabit oğlu Soltanov 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. 1995-2003-cü illərdə Türkiyənin Orta Doğu Texniki Universitetinin Beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr pilləsi üzrə təhsil alıb.

2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Tədqiqatlar Mərkəzində tədqiqatçı işləyib. 2003-2009-cu illərdə ABŞ-ın Texas Tek Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb. Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

2004-2009-cu illərdə Texas Tek Universiteti, Slipperi Rok Universiteti və Truman Steyt Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, İctimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifələrində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası Energetika nazirinin müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə SOCAR-ın Müşahidə Şurasının üzvü təyin edilib.