Əfqan İsayev
Vitse-prezident
İsayev Əfqan Elçin oğlu 03.11.1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-1996-cı illərdə ABŞ-ın “Rutgers” Universitetində Maliyyə və İqtisad ixtisası üzrə təhsil almış və bakalavr dərəcəsini ən yüksək fəxri diplom ilə bitirmişdir. 1998-ci ildə həmin universitetin Biznesin İdarə Edilməsi üzrə maqistr dərəcəsini (MBA) fərqlənmə ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1997-ci ildə “Rutgers” Universitetində kiçik biznesə yardım texniki proqramı çərçivəsində strateji menecment müşaviri vəzifəsində başlamışdır. 1998-2000-ci illərdə “American Express İnternational Bank Ltd”də Mərkəzi və Şərqi Avropa üzrə regional maliyyə təhlilçisi vəzifəsində işləmişdir. 2001-2004-cü illərdə “American Express Company”də Risk Menecment Qrupu və İnvestisiya Portfelinin Təhlil Qrupunda menecer vəzifələrində işləmişdir. 2004-cü ildən 2009-cu ilədək “Bank of Baku” ASC-nin idarə heyətinin sədrinin müavini vəzifəsində işləmişdir. 2009-cü ildən 2012-ci ilədək Azərbaycan İnvestisiya şirkətində icraçı direktor vəzifəsində işləmişdir. 2012-ci ildən etibarən SOCAR-da əmək fəaliyyətinə başlamış və “SOCAR Georgia Investment” MMC-nin baş direktoru vəzifəsini tutmuşdur. 2013-cü ildən etibarən SOCAR prezidentinin müşaviri, eyni zamanda 2014-cü ildən etibarən “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktor vəzifəsinə təyin edilmişdir.
2023-cü ilin 28 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 övladı vardır.