Babək Hüseynov
Vitse-prezident
Hüseynov Babək Elbəniz oğlu 24 noyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini bitirib. 2003-2005-ci illərdə ABŞ-da “McNeese State” Universitetində Biznesin idarə edilməsi üzrə magistr səviyyəsini fərqlənmə ilə bitirib və təhsil aldığı müddətdə təqaüdə layiq görülüb. 2010-2013-cü illərdə ABŞ-da Kolumbia Universitetinin Sənaye mühəndisliyi üzrə magistr dərəcəsini əldə edib.
2005-2011-ci illərdə ABŞ-da “Hess Corporation” şirkətində mütəxəssis, sonradan hasilatın pay bölgüsü üzrə aparıcı mütəxəssis, 2011-2013-cü illərdə eyni şirkətin Ekvatorial Qvineyadakı nümayəndəliyində idarəetmə və maliyyə şöbəsinin rəisi, 2013-2017-ci illərdə ABŞ-da neft və qaz hasılatı şöbəsinin rəisi, 2018-2022–ci illərdə Neft və qaz hasilatı üzrə vitse-prezidentin yataqların üzün müddətli işlənməsi strateji məsələləri üzrə məsləhətçisi, direktor vəzifələrində çalışıb.
26 sentyabr 2022-ci il tarixindən 28 iyul 2023-cü il tarixinə qədər SOCAR-ın prezidentinin müşaviri vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Ailəlidir, 2 övladı var.