Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Anar Axundov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Anar Ədalət oğlu Axundov 1975-ci il iyunun 15-də Naxçıvan şəhərində anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib.

1994-1996-cı illərdə “Elif” kommersiya bankında, 1996-1997-ci illərdə isə Bakı Banklararası Valyuta Birjasında iqtisadçı, 1997-1998-ci illərdə “Arkobank” səhmdar bankında şöbə rəisi vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004-2006-cı ildə “Bakı Fond Birjası” ASC-nin İdarə Heyətinin sədri, 2006-2009-cu ildə “Azərbaycan İnvestisiya Şirkəti”nin içracı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyətinin sədr müavini, daha sonra birinci müavini, 2014-2022-ci ilin mart ayına kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2022-ci ilin mart ayından Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 noyabr tarixli Sərəncamı ilə SOCAR-ın Müşahidə Şurasının üzvü təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin edilib.