Xəbərlər arxivi
2015-ci ilin avqust ayında həyata keçirilmiş qazma işləri
2015-ci ilin sentyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8288 metr qazma işi həyata keçirilmişdir. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olmuşdur.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 80548 metr qazma işi görülmüşdür ki, bunun da 79548 metri istismara, qalanı isə kəşfiyyata aid olmuşdur.
Qeyd edək ki, avqust ayı ərzində qazmadan alınmış 10, ilin əvvəlindən isə 55 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir.