Böyük elmi potensiala malik olan institutda hal-hazırda 22 doktor və 118 elmlər namizədi işləyir, dünya səviyyəsində aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti ixtira patentləri ilə təsdiq olunub. İnstitutun fəaliyyət göstərdiyi müddətdə 1200-dən çox ixtira edilmişdir. Yüksək elmi-texniki potensial və illər boyu toplanmış alim və mütəxəssislərin zəngin təcrübəsi müxtəlif dağ-geoloji şəraitlərdə neft yataqlarının kompleksli mənimsənilməsində mürəkkəb elmi və layihə-texniki məsələlərin müasir səviyyəsində həllinə zəmanət verir.
"Neftqazelmitədqiqatlayihə" İnstitutu ARDNŞ-nin idarə və müəssisələrinin, eləcə də kənar təşkilatların sifarişlərini yerinə yetirir.
Direktor:İsmayılov Fəxrəddin Səttar oğlu
Ünvan:AZ1012, Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a
Telefon:(99412) 521-19-21
Faks:(99412) 431-79-45
Email:office.ogpi@socar.azhttps://www.socar.az/socar/az/company/organization/oil-and-gas-research-and-design-institute