ƏN SON XƏBƏR

Upper Head Image

“Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunun qaliblərinə mükafatlar təqdim edilib

Sentyabrın 24-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək vermək məqsədilə təşkil olunan müsabiqə “enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzularını əhatə edib.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR-ın prezidenti Rövşən Nəcəfin İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşünə dair məlumat



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il sentyabrın 21-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Görüşdə Azərbaycan-İsrail iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və iki ölkə arasında neft-qaz sektorunda səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

Görüş zamanı xam neft və neft məhsullarının ticarəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-da “Neftçilər Günü” münasibətilə keçirilən tədbirə dair məlumat

2022-ci il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 28-ci ildönümü və neft-qaz sənayesi işçilərinin peşə bayramı - “Neftçilər Günü” münasibətilə tədbir keçirilib.
İlk öncə Azərbaycan Respublikasının iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın Müşahidə Şurasının üzvü, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi Fəxri xiyabanda müstəqil Azərbaycanın qurucusu, ölkəmizin yeni neft strategiyasının banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin minnətdarlıqla anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

TAM XƏBƏR ətraflı oxu

SOCAR prezidenti Rövşən Nəcəfin Pakistanın neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşünə dair məlumat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il sentyabrın 16-da Pakistan İslam Respublikasının Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.
Görüşün əvvəlində Musadik Məsud Malik Pakistan dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbiçilərimizin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Söhbət zamanı Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, neft-qaz sektorunda, xüsusilə neft məhsullarının ticarəti, maye təbii qaz (LNG) təchizatı, həmçinin təbii qaz infrastrukturunun inkişafı istiqamətlərində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə SOCAR-ın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə xarici ölkələrdə reallaşdırdığı investisiyaları haqqında qonaq nazirə məlumat verilib.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu