ƏN SON XƏBƏR

Upper Head Image

SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkmənistanın neft-qaz kompleksinə xarici investisiyaların cəlb olunması üzrə Beynəlxalq forumda iştirak etmək məqsədi ilə Aşqabada səfər etmişdir. Səfər çərçivəsində Rövnəq Abdullayev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşmüşdür.


R Abdullayev Prezident İlham Əliyevin səmimi salamını çatdırmış, Azərbaycanın Türkmənistanla müxtəlif sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsində marağlı olduğunu Türkmənistanın dövlət başçısına bildirmişdir.

Prezident Berdiməhəmmədov qeyd etmişdir ki, qonşu dövlətlərlə səmimi münasibətini daim dəyərləndirən Türkmənistan bundan sonra da Türkmən və Azərbaycan xalqlarının rifahı naminə faydalı əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Görüş zamanı qeyd olunub ki, Türkmənistan malik olduğu nəhəng təbii ehtiyatların mənimsənilməsi və Xəzər regionundan dünya bazarlarına tədarükünün şaxələndirilməsi məqsədilə əməli addımlar atır.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR İnsan resurslarının idarə edilməsinin 10 illik yekunlarını QHT nümayəndələri ilə müzakirə etdi Müzakirədə 32 QHT nümayəndəsi iştirak etdi

Mayın 7-də SOCAR-ın İnsan resursları departamentinin 10 illik fəaliyyəti ilə bağlı 32 QHT nümayəndəsi ilə onlayn görüş keçirilmişdir.
İştirakçıları salamlayan SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin insan resurslarının idarə edilməsi sahəsində 10 il ərzində aparılmış islahatlardan bəhs edərək, demişdir:.

“Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşımızda qoyduğu hədəflərə uyğun olaraq, SOCAR böyük inkişaf yolu keçmiş, apstrim fokuslu milli neft şirkətindən tam inteqrasiya olunmuş neft və qaz şirkətinə çevrilmiş, beynəlxalq enerji şirkətləri sırasında özünə layiqli yer tutmuşdur. Biz 10 il əvvəl aparıcı neft şirkətlərinin təcrübəsinə əsaslanaraq, İnsan Resursları Departamentini yaratdıq və dünyanın aparıcı universitlərində bu sahədə yüksək səviyyəli müasir təhsil almış, tərəfdaş transmilli şirkətlərdə təcrübə keçmiş gənc milli kadrlarla komplektləşdirdik.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın prezidenti qocaman neftçini “Fəxri neftçi” döş nişanı ilə təltif etdi

Qocaman neftçi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hüseynov Vaqif Qulu oğlu 80 illik yubileyi münasibəti ilə SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif olunmuşdur.
Bu münasibətlə yubilyarı qəbul edib, çoxminli neftçilər ailəsinin təbriklərini ona çatdıran SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Hörmətli Vaqif müəllim, Siz Azərbaycan dəniz neft sənayesinin bacarıqlı təşkilatçısı, yüksək ixtisaslı mütəxəssislərindən biri kimi uzun illər Xəzər dənizindəki yataqlardan neftin-qazın çıxarılmasında bilavasitə iştirak etmiş, şərəfli bir yol keçmiş, öz fəaliyyətinizlə hər zaman gənclərə nümunə olmusunuz”.

Qocaman neftçi Vaqif Hüseynov son illərdə ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışmış, göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmiş, neft-qaz sənayesində çalışan gənclərdən hər zaman hörmət gördüyünü söyləmişdir.

V.Hüseynov Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft sənayesi ilə bağlamışdır. Əmək fəaliyyətinə indiki “Balaxanıneft” Neft Mədənlər İdarəsində operator vəzifəsindən başlamış, sonra həmin İdarədə usta, sahə rəisi işləmişdir. 1969-1679-cu illərdə “Xəzərdənizneft” Birliyində mühəndis, böyük mühəndis, 1979-1988-ci illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin birləşmiş dispetçer idarəsinin rəisi, 1988-1991-ci illərdə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi, 1991-1996-cı illərdə “Neft Daşları” NQÇİ-nin, 1996-2003-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi vəzifələrində çalışmışdır.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri ilə görüşdü

Aprelin 30-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstana işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirmişdir.
Görüşdə Gürcüstanın qaz təchizatı və qazlaşdırılması sahəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivləri və bir sıra başqa məsələlər müzakirə olunmşdur.

Görüşdə «SOCAR Energy Georgia» MMC-nin baş direktoru Mahir Məmmədov da iştirak etmişdir.

«SOCAR Energy Georgia» MMC 2006-cı ildən Gürcüstanda fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Gürcüstan iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından artıq investisiya qoymuş və dövlət xəzinəsinə 1,7 milyard ABŞ dolları məbləğində vergi ödəmişdir. Bu gün şirkət bütün Gürcüstan ərazisində 770 mindən çox qaz istehlakçısına xidmət edir. Ölkədə SOCAR brendi ilə 111 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu