Müşahidə Şurası

Mikayıl Çingiz oğlu Cabbarov +

Mikayıl Çingiz oğlu Cabbarov

SOCAR-ın Müşahidə Şurasının sədri


Emin Hüseynov +

Emin Hüseynov

SOCAR-ın Müşahidə Şurasının üzvü

İsrafil Məmmədov +

İsrafil Məmmədov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Elnur Soltanov +

Elnur Soltanov

SOCAR-ın Müşahidə Şurasının üzvü


Azər Bayramov +

Azər Bayramov

SOCAR-ın Müşahidə Şurasının üzvü

Rövşən Nəcəf +

Rövşən Nəcəf

SOCAR-ın Müşahidə Şurasının üzvü

Ruslan Əlixanov +

Ruslan Əlixanov

SOCAR-ın Müşahidə Şurasının üzvü


Mikayıl Çingiz oğlu Cabbarov

Mikayıl Çingiz oğlu Cabbarov

SOCAR

SOCAR-ın Müşahidə Şurasının sədri

Profil+

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri almışdır. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlamış, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərmişdir. 2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli Sərəncamı ilə İqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 05 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vergilər naziri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edilmişdir. Evlidir, 2 övladı var.