
Lətifov Yaşar
SOCAR
Vitse-prezident - yataqların işlənməsi üzrə
Tel: (+99412) 521 0345
Faks: (+99412) 521 0345
Email: Yashar.Latifov@socar.az
Profil+
Lətifov Yaşar Aydın oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutunu “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə “Azneft”in 2 saylı Binəqədi NQÇİ-də operator kimi başlayıb, daha sonra usta və sahə rəisi vəzifəsinə keçirilib. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərib. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “AÇG”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan “SOCAR Upstream Management International” MMC-nin icraçı direktoru vəzifəsində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2017-ci ildə “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülüb.
Tel: (+99412) 521 03 45
Faks: (+99412) 521 03 45
E-poçt: yashar.latifov@socar.az