
Nəcəfov Kənan
SOCAR
Vitse-prezident
Tel: (+99412) 521 02 95
Faks:
Email: kanan.najafov@socar.az
Profil+
Nəcəfov Kənan Təhməz oğlu 1975-ci ildə anadan olub.1997-ci ildə Bakı Dövlət Universitetini, beynəlxalq hüquq və beynəlxalq münasibətlər, beynəlxalq hüquq üzrə bakalavr, 1999-cu ildə ABŞ-da Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecini beynəlxalq biznes hüququ, 2003-cü ildə isə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini biznes inzibatçılığı üzrə bitirib. Əmək fəaliyyətinə 1996-cı ildə Dünya Bankının Azərbaycandakı nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis kimi başlamış, 1999-cu ildə isə “Bakker BOTTS” Hüquq firmasının Vaşinqton və Bakı ofislərində çalışıb. 2003-2008-ci illərdə BP PLC Şirkətinin London və Aberdin ofislərində kommersiya təhlili və biznesin inkişafı istiqamətində fəaliyyət göstərib. 2008-ci ildən 2012-ci ilədək EXANE BNP PARİBAS və CİTİGRUP-da investisiya təhlilçisi, eləcə də ikinci şirkətdə vitse-prezident işləyib.2012-2015-ci illərdə “NOBEL OİL” şirkətinə baş strategiya inzibatçısı və baş icraçı direktorun müavini vəzifəsini tutub. Sonrakı 5 il müddətində fərdi sahibkarlıqla məşğul olmuş, 2020-ci ildən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondu İdarə Heyyyətinin sədri vəzifəsində çalışmışdır. 2021-ci ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Tel: (+99412) 521 02 95
Faks: (+99412) 521 02 95
E-poçt: kanan.najafov@socar.az