
Qurbanov Zaur
SOCAR
Vitse-prezident
Tel: (+99412) 5210038
Faks:
Email: zaur.a.gurbanov@socar.az
Profil+
Qurbanov Zaur Qurbanov Zaur Aydın oğlu 1982-ci ildə Mingəçevir şəhərində anadan olub. 2000-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçib və ölkədən kənarda sülhməramlı missiyalarda iştirak edib. 2010-cu ildə Odlar Yurdu Universitetini Biznesin təşkili və idarəolunması ixtisası üzrə bakalavr, 2012-ci ildə isə Azərbaycan İqtisad Universitetini maliyyə ixtisası magistr dərəcəsi üzrə başa vurub. 2005- 2010-cu illərdə müxtəlif yerli və xarici şirkətlərdə əmək fəaliyyəti ilə məşğul olub. 2010-2020-ci illərdə “Ernst &Young” beynəlxalq audit və məsləhət şirkətində baş mütəxəssis, baş məsləhətçi, menecer, baş menecer və direktor kimi məsul vəzifələrdə çalışıb. Bu illər ərzində bir sıra təlim və treyninqlərdə iştirak edib. 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktorunun müavini vəzifəsini tutub. 2021-ci ilin 11 avqustunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə SOCAR-ın vitse-prezidenti vəzifəsinə təyin olunub.
2021-2022-ci illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü vəzifəsini daşıyıb.
Tel: (+99412) 521 00 38
Faks: (+99412) 521 00 38
E-poçt: zaur.a.gurbanov@socar.az