RƏHBƏRLİK

Rövşən Nəcəf +

Rövşən Nəcəf

SOCAR-ın prezidenti


Yusifzadə Xoşbəxt +

Yusifzadə Xoşbəxt

Birinci vitse-prezident

Qasımov Süleyman +

Qasımov Süleyman

Vitse-prezident - iqtisadi məsələlər üzrə


Nəsirov Elşad +

Nəsirov Elşad

Vitse-prezident - sərmayələr və marketinq üzrə

Məmmədov Xalik +

Məmmədov Xalik

Vitse-prezident - kadr, rejim və informasiya texnologiyaları üzrə

İskəndərov Daşqın +

İskəndərov Daşqın

Vitse-prezident - neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə


Bədəlov Bədəl +

Bədəlov Bədəl

Vitse-prezident - sosial məsələlər üzrə

Hüseynzadə Rəfiqə +

Hüseynzadə Rəfiqə

Vitse-prezident - ekologiya üzrə

Lətifov Yaşar +

Lətifov Yaşar

Vitse-prezident - yataqların işlənməsi üzrə


Qurbanov Zaur +

Qurbanov Zaur

Vitse-prezident

Nəcəfov Kənan +

Nəcəfov Kənan

Vitse-prezident

Download vcard Rövşən Nəcəf

Rövşən Nəcəf

SOCAR

SOCAR-ın prezidenti

Tel: (+99412) 521 00 00

Faks: (+99412) 521 00 00

Email:

Tanıtma kartını yüklə

Profil+

Rövşən Nəcəf Çingiz oğlu 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirmişdir. 2007-2008-ci illərdə ARDNŞ-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti üzrə magistr proqramını uğurla bitirmişdir Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışmışdır. 2008-2009-cu illərdə ARDNŞ-nın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olmuşdur. 2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri, 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri, 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini, 2021 ci il 24 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti və SOCAR-ın prezidenti vəzifəsinin müvəqqəti icraçısı təyin edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il 21 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunmuşdur.İqtisadiyyat üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli dövlət müşaviridir. Evlidir, 2 övladı var.