NƏQL
ətraflı bilgi üçün kəmərə toxun
+ ətraflı məlumat üçün daxil ol
Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri

Kəmərin uzunluğu 1768 kilometrdir. Boru kəmərinin diametri 46/42/34 düymdür. Ötürmə qabiliyyəti gündə 1 milyon bareldir.
BTC boru kəmərinin obyektlərinə 2-si Azərbaycanda (Səngəçal daxil olmaqla), 2-si Gurcustanda və 4-ü Turkiyədə olmaqla 8 nasos stansiyası, 3 (1-i Azərbaycanda, 2-si Türkiyədə) ərzinburaxma stansiyası daxildir.
BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınmışdır.
Ceyhanda rezervuarların sayı 7-dir. Gəmi yükləmə qabiliyyəti 600 000 bareldən 2 milyon barelə qədərdir.
ətraflı oxu +