ƏN SON XƏBƏR

Upper Head Image

SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir

Sentyabrın 20-də SOCAR TOWER-də neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir.
Tədbirdə İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Şirkətin prezidenti Rövnəq Abdullayev, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak etmişlər.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR rəhbərliyi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişlər

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” münasibəti ilə SOCAR rəhbərliyinin nümayəndələri xalqımızın Ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər.
Şirkət nümayəndələri milli dövlətçiliyimizin möhkəmlənməsində, iqtisadiyyatımızın inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əymiş, məzarı üzərinə tər çiçəklər düzmüşlər.

SOCAR rəhbərliyinin nümayəndələri Fəxri xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət ediblər.

TAM XƏBƏR ətraflı oxu

SOCAR Gürcüstanda yaşayan azərbaycanlılar üçün yeni qaz xətti, idman kompleksi və uşaq bağçasını inşa edib

SOCAR ötən ilin oktyabrından Gürcüstanın Kvemo-Kartli regionunda, azərbaycanlıların kompakt yaşadığı kəndlərdə həyata keçiirdiyi sosial layihələr çərçivəsində bir sıra tikinti işlərini başa çatdırmışdır. Şirkətin prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Kvemo-Kartli və Kaxetiya regionlarının qubernatorları və Gürcüstanın digər hökumət rəsmilərinin iştirakı ilə Qızılhacılı, Qabalı və İlməzli kəndlərində yeni obyektlərin açılış mərasimləri keçirilmişdir.
Marneuli bələdiyyəsinin 11 minə yaxın əhaslisi olan Qızılhacılı kəndində beynəlxalq standartlara uyğun, yeni texnologiyalar əsasında tikilmiş idman kompleksin açılışında bildirilmişdir ki, bu qurğu basketbol, voleybol və futzal kimi idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün uyğundur. Müasir istilik və soyutma sistemləri, yanğın əleyhinə vasitələr ilə təmin olunmuş kompleksin tribunaları 150 tamaşaçıya hesablanmışdır. Binanın ətrafı abadlaşdırılmış, kompleksin yaxınlığındakı futbol stadionu yenidən qurulmuş, buraya yeni sintetik qazon döşənmiş, metal çəpərlər, tribunalar, işıqlandırma sistemi təmir edilərək yenilənmiş, tamaşaçılar üçün müasir oturacaqlar qoyulmşdur.

Laqodexi bələdiyyəsinin 17 min əhalisi olan Qabalı kəndində isə uşaq bağçası tikilmiş və Gürcüstan dövlətinə təhvil verilmişdir. Qeyd olunmuşdur ki, binanın layihəsi Gürcüstan ərazisində müəyyənləşdirilmiş tikinti standartlarına və tələblərinə uyğundur. Bağçada müasir tipli oyun meydançası inşa edilmiş, bütün ərazi boyunca işıqlandırma sistemi qurulmuş, abadlaşdırma işləri aparılmışdır. Açılış mərasimində çıxış edən SOCAR-ın prezidenti demişdir: “Gürcüstan Respublikası strateji tərəfdaşımız olmaqla yanaşı həm də yüz minlərlə soydaşımızın doğma vətənidir.

TAM XƏBƏR ətraflı oxu

SOCAR-da CDC şirkətinin 25 illik yubileyi qeyd olunub

Sentyabrın 6-da SOCAR-ın birgə müəssisəsi olan “Caspian Drilling Company”-nin (CDC) 25 illik yubileyi qeyd edilmişdir. Tədbirdə SOCAR-ın rəhbər heyəti və tərəfdaş şirkətlərinin nümayəndələri iştirak etmişlər. SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə və CDC şirkətinin baş direktoru Fərid Axundov qonaqlar qarşısında çıxış etmişlər.
Üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara nəzarətin həyata keçirilməsi və texniki xidmətlərin göstərilməsi, eyni zamanda dənizdə neft-qaz quyularının qazılması və təmiri üzrə ixtisaslaşmış CDC şirkəti yarandığı vaxtdan bu günədək böyük inkişaf yolu keçmişdir. Ötən 25 ildə “Caspian Drilling Company” Xəzər dənizinin Azərbaycan sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə həyata keçirilən 16 dəniz layihəsində kəşfiyyat və sualtı qazma işlərini müvəffəqiyyətlə icra etmişdir.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının kəşf olunmasında CDC-nin kəşfiyyat-qazma əməliyyatları mühüm rol oynamışdır.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev CDC şirkətinin əmək kollektivini təbrik edərək demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən qarşımıza məqsəd qoyulmuşdur ki, neft sənayesi yalnız xam neft və təbii qazın satışı ilə deyil, həm də əlavə dəyər yaradan məhsul və xidmətlərlə ölkəmiz üçün əlavə qazanc mənbələri yaratmalıdır. Bu gün ölkəmizdə həyata keçirilən ən böyük beynəlxalq səviyyəli layihələrdə əsas rolu məhz dövlətə məxsus olan yerli şirkətimiz CDC həyata keçirir.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu