“SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “STAR” NEZ-in saxlama tutumunun artırılması məqsədilə “SOCAR Depolama” terminalında çənlərin genişləndirilməsi layihəsi həyata keçirilir. İnvestisiya layihəsi nəticəsində “SOCAR Türkiyə”nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumu 2,5 milyon m³-ə çatdırılacaq. Əlavə 342.000 m³ saxlama imkanı yaradan bu layihənin 2022-ci ildə tamamlanması nəzərdə tutulur. ““STAR” NEZ-in xam neft və ara məhsul çənləri” layihəsi emal zavodunun əməliyyat çevikliyini də təmin edəcək.
“SOCAR Türkiyə”nin həyata keçirdiyi tədbirlər nəticəsində pandemiya səbəbi ilə layihənin icrasında fasilələrə yol verilməyib. Konsepsiya mərhələsindən başlayaraq bütün istehsalat proseslərinin idarəçiliyi “SOCAR Türkiyə” tərəfindən həyata keçirilir.
COFOT layihəsi üzrə əsas göstəricilər (01.06.2022):
- “STAR” NEZ-in xam neft saxlama potensialını və istehsal çevikliyini artırmaq məqsədilə maye yanacaq çənləri (FOT - Fuel Oil Tank) inşa edilib.
- Layihənin ümumi sahəsi 176 000 metrdir.
- Diametri 90,4 metr, nominal tutumu 135 000 m³, əməliyyat gücü 100 000 m³ olan 2 ədəd xam neft çəni və diametri 50 metr, hər birinin tutumu 35 000 m³, əməliyyat gücü 30 000 m³ olan 2 ədəd FOT inşası tamamlanıb.
- Xam neft çənləri 2 qatlı xarici üzən tavan texnologiyası əsasında hazırlanıb.
- Çən divarlarının düzəldilməsində tətbiq olunan ənənəvi üsullardan başqa hidravlik qaldırma üsulundan istifadə edilərək təhlükəsiz iş şəraiti və sürətli montaj təmin olunub.
- Çənlər üçün cəmi 7 800 ton dəmir lövhə istifadə olunub.
- Ümumi uzunluğu 34 000 metr olan 1507 ədəd dirək quraşdırılıb.
- 45 000 m³ dəmir-beton istehsal edilib.
- 1600 ton polad kosntruksiya üzərində 2500 ton polad boru istehsalı həyata keçirilib.
- 270 km kabel çəkilib.
- təxminən 4 milyon insan/saat sərf olunub və itki qeydə alınmayıb.
- 4 ədəd ötürmə nasosu daxil olmaqla 22 ədəd avadanlığın qurulması həyata keçirilib.
- DCS/ESD avtomatik nəzarət sistemləri “STAR” NEZ ilə inteqrasiya edilib.
- Layihənin ən aktiv mərhələsində 950 nəfər çalışıb.
- Layihə üçün təxminən 10 000 ədəd sənəd hazırlanıb.
- Lazım olan material və avadanlıqlar dünyanın 5 qitəsində fəaliyyət göstərən mütəxəssislərdən təmin edilib
- Layihə çərçivəsində 4-ü əsas olmaqla 15 podratçı və 30-a yaxın subpodratçı çalışıb.