Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti ilə görüşüb


23/07/2025

23 iyul 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Emerson Electric Co." şirkətinin Avropa regionu üzrə prezidenti Con Nita ilə görüşüb.

Görüşdə şirkətlər arasında neft-qaz sənayesinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, ağıllı monitorinq sistemlərinin tətbiqi məsələləri nəzərdən keçirilib.

Söhbət zamanı bərpaolunan enerji layihələri, emissiyaların azaldılması, enerji səmərəliliyinin artırılması və davamlı texnoloji həllərin tətbiqi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.