Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

SOCAR-ın prezidenti “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb


04/04/2025

SOCAR-ın prezidenti Rövşən Nəcəf Rumıniyanın “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri Ştefan Vuza ilə görüşüb.

Görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.