Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Macarıstanın enerji şirkətlərinin və “Women in Energy” Assosiasiyasının nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub


04/05/2026

Macarıstanın “MVM Upstream Private Limited Company” şirkətinin Azərbaycan üzrə baş icraçı direktoru József Goldfarb, “MOL Azerbaijan”ın icraçı direktoru Attila Somfai və “Women in Energy” Assosiasiyasının nümayəndələrinin iştirakı ilə “Neft Daşları”na səfər təşkil olunub.

İlk öncə qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ulu Öndərin adını daşıyan muzey ilə tanış olan nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar barədə məlumat verilib.

Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan neftçilərin abidə komplekslərini ziyarət edən nümayəndə heyəti şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, “Neft Daşları”nın 30 illiyi münasibətilə ucaldılmış kompozisiya ilə tanış olublar.

Qonaqlar “Neft Daşları”nın keçmiş və hazırkı dövrünü əks etdirən fotostendlə tanış olublar və onlara dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu, onun tarixi və istismar dövrü haqqında təqdimat edilib.

Nümayəndə heyəti, həmçinin Xəzərdə ilk insansız platforma olan “Abşeron” İHS-nin “Neft Daşları”ndakı Mərkəzi İdarəetmə otağında olub, 418 saylı estakadayanı meydançanı ziyarət ediblər.