2020-ci ildə yaradılan “SOCAR-STP” MMC MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatın idarəçiliyini həyata keçirir.
Birgə müssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən STP arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Şirkət beynəlxalq standartlara cavab verən yerli istehsal gücünü artırmağı, geniş miqyasda neft-qaz-mədən avadanlıqları və texnologiyalara dair xidmətlər təklif edən aparıcı və rəqabətədavamlı şirkətə çevrilməyi hədəfləyir.
''SOCAR-STP''nin əsas fəaliyyət sahələrinə qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərinin həyata keçirilməsi daxildir.