“SOCAR Petrofac” MMC (SPC) 2018-ci ildə təsis olunub. SPC SOCAR (51%) və “Petrofac Group” (49%) arasında birgə müəssisədir. Azərbaycanda SPC-nin yaradılmasının əsas məqsədi SOCAR-ın öz yerli geniş struktur bazası vasitəsilə ölkəyə dəstək verdiyi zamanda Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionu ilə birgə “Petrofac”ın Beynəlxalq Texniki imkanlarından istifadə etməkdir.
SPC hazırda əsasən Azərbaycan və Gürcüstanda işçi qüvvəsinin yaradılması və təlim xidmətlərinin göstərilməsi ilə məşğul olur. SPC Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün tam və müasir proqramlar əsasında təlim proqramları hazırlayıb. SPC-nin qarşıya qoyduğu məqsədlərdən biri də “Petrofac”ın beynəlxalq akkreditasiya və təcrübəsi ilə birgə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin struktur bazasından istifadə etməklə müxtəlif təlim proqramları təşkil etməkdir.
Bundan əlavə, SPC tam təchiz olunub və “Petrofac”ın geniş beynəlxalq baza strukturu və dünyanın müxtəlif ölkələrində yaradılmış ofisləri, həmçinin enerji sektorunda layihələrin idarə edilməsi sahəsində xidmətlər vasitəsilə Layihələndirmə, Satınalma və Tikinti (EPC), Layihələndirmə, Satınalma və Tikinti müqavilələrinin idarə olunması (EPCm) və mühəndislik xidmətlərini göstərmək qabiliyyətinə malikdir.
“SOCAR-Petrofac” və “BP Exploration (Caspian Sea) Limited” Azərbaycan və Gürcüstanda işçi qüvvəsinin təchiz olunması, inzibati dəstək və təlim layihələri üçün bir neçə əhəmiyyətli müqavilə imzalayıb.
SPC həmçinin regionda bəzi əhəmiyyətli Layihələndirmə, Satınalma və Tikinti (EPC), Layihələndirmə, Satınalma və Tikinti müqavilələrinin idarə olunması (EPCm) müqavilələri bağlamağı planlaşdırır və bununla bağlı tərəfdaşlarla fəal işləyir.