Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“SOCAR-KBR” MMC


2015-ci ildə yaradılan “SOCAR-KBR” MMC neft və qaz sektorunda kəşfiyyat, hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə) və tikinti xidmətlərini həyata keçirir.

“SOCAR-KBR” şirkəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun və “Azərikimya” İB-in yenidənqurması və modernizasiyası, eləcə də "bp" şirkətinin “Şahdəniz-2”, “Mərkəzi-Şərqi Azəri”, JOCAP (Joint Operating Company of Absheron Petroleum) şirkətinin “Abşeron”, UBOC (Umid Babek Operating Company) şirkətinin “Ümid-Babək” kimi layihələrinə cəlb olunub. Sözügedən layihələrin bir qismi müvəffəqiyyətlə tamamlanıb, bir qismində isə işlər uğurla davam etməkdədir.