2015-ci ildə yaradılan “SOCAR-Dalğıc” MMC ofşor enerji sənayesinə hava-dalğıc, inspeksiya və işçi klas heyətsiz sualtı aparatlar (HSA), mühəndislik, layihələndirmə və layihənin idarə olunması xidmətlərini təqdim edən yerli podratçıdır.
“SOCAR-Dalğıc” MMC bp şirkəti üçün “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında yerləşən bütün platformaların illik inpeksiyaları “Super Mohawk” və “Seaeye Lynx” HSA sistemləri vasitəsilə sualtı struktur-təftiş işlərini, “Ümid Babək Əməliyyat Şirkəti” (UBOC) üçün platformalarda dalğıc xidmətlərini və U1PA layihəsində dalğıc, eləcə də HSA və saturasiya dalğıc işlərinin təminatını həyata keçirib. Bundan başqa, şirkət “SOCAR Downstream” MMC, “Oceaneering”, "SOCAR-Fugro" MMC, "Saipem", “ADO-G LTD” və digər şirkətlərə sualtı xidmətlər göstərib.
“SOCAR-Dalğıc” MMC “State Maritime and Port Agency”, “International Maritime Contractors Association” (IMCA), “DNV”, “ABS”, ISO9001:2015, ISO14001:2015 və ISO45001:2018 kimi , yerli və beynəlxalq sertifikatlara malikdir.