Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

2010-cu ildə yaradılan “SOCAR Cape” MMC ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrində taxtabənd konstruksiyaların montaj/demontaj işlərini, boya və qumla cilovlama işlərini, bütün növ izolyasiya işlərini, odadavamlı örtük sistemlərinin suvanmasını, yüksəklikdə iş, gəmilər və iri sənaye çənlərinin təmizlənməsi də daxil olmaqla sənaye təmizliyi xidmətlərini, yük qaldırıcı texnikasının və qazma avadalıqların təmiri və sənaye yönümlü digər köməkçi xidmətləri həyata keçirir.

Qeyd olunan xidmətlər üzrə şirkətin iştirak etdiyi iri layihələrə nümunə olaraq “Mərkəzi-Şərqi Azəri” platformasının üst modulunun hazırlanması”, “Şahdəniz-2”, “Abşeron”, ”Ümid-Babək”, dayaq bloklarının tikintisi və “Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernizasiyası” layihələrini göstərmək olar.

Bundan əlavə, şirkət “Səngəçal terminalı və dənizdə yerləşən platformalarda əməliyyat xidmətlərinin həyata keçirilməsi” layihəsində də səmərəli fəaliyyət göstərir. “SOCAR Cape” MMC qeyd olunan layihələrdə “BP Exploration (Caspian Sea) Ltd”, “JOCAP”,“AZFEN”, “BOS Şelf”, “Saipem” və digər aparıcı şirkətlərlə əməkdaşlıq edir.