Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“SOCAR AQŞ” MMC


“SOCAR AQŞ” MMC 2007-ci ildə inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi təsis edilib. Şirkət neft və qaz quyularının qazılması, sementlənməsi, bərkidilməsi, quyuların əsaslı və yeraltı təmiri, quyularda geofiziki tədqiqat və perforasiya işlərinin aparılması və s. xidmətlər göstərir.

“SOCAR AQŞ” MMC Xəzər dənizində dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla-dəniz” yataqlarında qazma işlərini həyata keçirir. Müəssisə, həmçinin Türkiyədə “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi çərçivəsində 40 quyu tikintisi layihəsini uğurla icra etməkdədir.

“SOCAR AQŞ” MMC və “KCA Deutag” şirkəti tərəfindən yaradılmış “Turan Drilling and Engineering Company” MMC isə "bp" şirkətinin Xəzər dənizindəki 7 stasionar özülündə qazma qurğularının idarə edilməsi, onlara texniki xidmətin göstərilməsi və satınalmaları üzrə 2 böyük müqaviləni həyata keçirir.

“SOCAR AQŞ” MMC, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. Şirkət dənizdə neft və qaz quyularının qazılması və təmiri xidmətlərinin, kəmər endirmə xidmətlərinin, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmir və sınaq xidmətlərinin göstərilməsi üçün ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 beynəlxalq sertifikatlarına layiq görülüb. “SOCAR AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi üzrə regionda API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılan ilk və yeganə qazma müəssisəsidir. Şirkət 2019-cu ilin sentyabr ayında BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət elan olunub.