Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

Qobustan Regional Təlim Mərkəzi


SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 2013-cü ildən fəaliyyət göstərən Qobustan Regional Təlim Mərkəzi (QRTM) ixtisaslı fəhlə kadrlara tələbatın ödənilməsində mühüm rol oynayır. Qlobal səviyyədə nüfuza malik “City&Guilds Group” kvalifikasiya qurumu tərəfindən 3 ixtisas - Avadanlıqlara texniki xidmət texnologiyası (Maintenance Technology); Quraşdırma və qaynaq texnologiyası (Fabrication and Welding Technology); Elektrik və elektronika texnologiyası (Electrical and Electronics Technology) üzrə akkreditə edilmiş QRTM-də beynəlxalq standartlara uyğun qaynaq emalatxanası, qazma, hasilat və kran simulyatorları, karotajçı hazırlığı üzrə VEBER-1 stansiyası, 3-D qaynaq simulyasiya aparatları və PLC otağı qurulub. Mərkəzin qaynaq emalatxanasında quraşdırılmış müasir aparatlar (avtomat, yarımavtomat, əl-qövs, arqon və s.) qaynaqçıların hazırlanması ilə bərabər, onların attestasiyasının aparılmasına da imkan verir.

Mərkəzdə aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:

  • elektrik avadanlıqlarının istismarı və xidməti üzrə elektrik montyoru
  • neft-qaz hasilatı operatoru
  • nefq-qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi
  • nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər
  • kompressor qurğularının maşinisti
  • quraşdırıcı çilingər
  • kimyəvi analiz laborantı
  • karotajçı
  • texnoloji qurğuların operatoru
  • təmir çilingəri və digər ixtisaslar

QRTM-də təhsil alan şagirdlər aylıq təqaüd, xüsusi geyim, gündəlik naharla təmin olunur və təhsilini müvəffəqiyyətlə başa vuranlar müvafiq müəssisələrdə işlə təmin olunma imkanı əldə edirlər.

QRTM-də 6 ay və ya 1 il müddətində tədris olunan ixtisaslara qəbul prosesi üzrə SOCAR-ın İnsan Resursları Departamentinin (İRD) təşkil etdiyi müsabiqədə iştirak etmək istəyənlər bunun üçün www.socar.az veb-səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzinə sənəd qəbulu” alt-bölməsinə elektron ərizə ilə müraciət etməlidirlər. “SOCAR-ın təlim mərkəzlərinə şagird qəbulu Qaydaları”nda göstərilən şərtlərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılırlar. Təlim mərkəzlərinə sənəd qəbulu ilə əlaqədar müsabiqənin ikinci mərhələsini müsahibələr/sənədlərin yoxlanılması təşkil edir. Müsahibələrdə uğur qazananlar müsabiqənin üçüncü mərhələsi - test imtahanında iştirak etmək hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərdən ən yüksək bal toplamış şəxslər təlim mərkəzində təhsil almaq hüququna malik olurlar.

QRTM-nə qəbul olmaq müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı şərtlərə cavab verməlidirlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Müsabiqənin keçirildiyi tarixədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas təhsili, ilk peşə-ixtisas təhsili və ya ən azı, tam orta təhsili olmalı (təhsilini davam etdirənlər və ali təhsililər müraciət edə bilməzlər);
  • Hərbi bileti olmalı (“Atıcı” peşəsi üzrə müraciət edənlər həqiqi hərbi xidmət keçməli, digər peşələr üzrə həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq).

Müsahibəyə gələrkən aşağıda qeyd olunan sənədlər gətirilməlidir:

  • Şəxsiyyət vəsiqəsi (əsli);
  • Diplom və ya attestat (əsli);
  • Hərbi biletin əsli (oğlanlar üçün);
  • Sağlamlıq haqqında arayış (forma 86);
  • Rentgen (flüoqrafiya, flüoqrafiyanın şəklini gətirmək mütləqdir) arayışı;
  • Məcburi köçkün vəsiqəsi (Sumqayıt şəhəri və Abşeron rayonunda məskunlaşanlar üçün);
  • BC kateqoriyası üzrə sürücülük vəsiqəsi (Yükləyicinin sürücüsü peşəsinə müraciət edənlər).

Əlaqə məlumatları:

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Ünvan: Bakı ş., Nizami r., A.Manafov küç., 1
Telefon: (012) 521 00 00 (daxili: 48007, 48098)
E-poçt: cabir.a.haciyev@socar.az