Hörmətli namizəd!
Sizə,
➣ Qulluqçu (rəhbər işçi, mütəxəssis və texniki icraçı) kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsində 4 blokdan ibarət olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edirik:
1. "İxtisas" (vakansiya üzrə tələb olunan ixtisas sahəsi və SƏTƏMM) üzrə - 20 test tapşırığı;
2. "Məntiqi təfəkkürün yoxlanılması" üzrə - 10 test tapşırığı;
3. "Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi" üzrə - 5 test tapşırığı;
4. "Kompüter biliklərinin yoxlanılması" üzrə - 5 test tapşırığı.
Test tapşırıqlarını cavablandırmağınız üçün 60 dəqiqə vaxt ayırırıq.
➣ Fəhlə kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsində 2 blokdan ibarət olmaqla ümumilikdə 20 test tapşırığı təqdim edirik:
1. "İxtisas" (vakansiya üzrə tələb olunan ixtisas sahəsi və SƏTƏMM) üzrə - 15 test tapşırığı;
2. "Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi" üzrə - 5 test tapşırığı.
Test tapşırıqlarını cavablandırmağınız üçün 40 dəqiqə vaxt ayırırıq.
DİQQƏT!!!
Test imtahanlarında Sizə, təqdim edilən qapalı tipli test tapşırıqları, 5 cavab variantından 1 - i düzgün olan - bir seçimli (1/5) və ya 7 cavab variantından 3 - ü düzgün olan - çox seçimli (3/7) suallardan ibarət ola bilər. Çox seçimli (3/7) suallarda düzgün cavab variantlarının hamısı düzgün seçilməlidir.
İddia etdiyiniz vakansiya üzrə bir seçimli (1/5) və ya çox seçimli (3/7) suallar ilə “Test tapşırıqları” bölməsindən tanış ola bilərsiniz.
Test imtahan nəticələrinin qiymətləndirilməsi - test imtahanının nəticəsini bal sistemi tətbiq etməklə qiymətləndiririk. Doğru cavablandırdığınız test tapşırıqlarının hər birini 1 balla, yanlış cavablandırdığınız və ya cavablandırmadığınız test tapşırıqlarının hər birini isə 0 balla qiymətləndiririk. Nəzərə alasınız ki, səhv cavablandırırdığınız test tapşırıqları sizin ümumi nəticənizə təsir etmir.
Test blokları üzrə minimal keçid balı - test imtahanında təqdim edilən test bloklarının hər biri üzrə müəyyənləşdirilmiş minimal keçid balıdır. Hər bir test bloku üzrə minimal keçid balını toplamaq üçün test blokları üzrə aşağıda qeyd olunmuş faiz nisbətinə uyğun sayda test tapşırıqlarını doğru cavablandırmalısınız:
“İxtisas (Vakansiya üzrə tələb olunan ixtisas sahəsi və SƏTƏMM)” üzrə test tapşırıqlarının - ən azı 30 faizini;
“Məntiqi təfəkkürün yoxlanılması” üzrə test tapşırıqlarının - ən azı 20 faizini;
“ Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” üzrə test tapşırıqlarının - ən azı 20 faizini;
“Kompüter bilikləri” üzrə test tapşırıqlarının - ən azı 20 faizini.
Nəzərə alasınız ki, hər hansı test bloku üzrə minimal keçid balını toplamadığınız halda həmin test imtahanı üzrə müəyyənləşdirilmiş yekun keçid balını toplamağınızdan asılı olmayaraq növbəti mərhələyə keçmirsiniz.
Test imtahanı üzrə yekun keçid balı - müvafiq imtahan üzrə müvəffəqiyyətlə keçmiş namizədlər arasından ən aşağı bal toplayan namizədin balına bərabər olan göstəricidir. Plan yerinə uyğun olaraq imtahanı müvəffəqiyyətlə keçmiş namizədlərin müəyyənləşdirilməsini onların topladıqları ballara əsasən yuxarıdan aşağı olmaqla (reytinqə görə) həyata keçiririk. Nəzərə alasınız ki, yekun keçid balı imtahan nəticələrindən və plan yerlərindən asılı olur.
Test imtahanından müvəffəqiyyətlə keçmiş namizəd - test imtahanı üzrə müəyyən edilmiş yekun keçid balını və ondan yüksək nəticəni topladığınız imtahandan müvəffəqiyyətlə keçmiş sayılırsınız. Nəzərə alasınız ki, topladığınız ümumi bal digər namizədlərin topladıqları ballar ilə eyni olduqda çəki əmsalı və prioritetlik daha yüksək olan test bloku üzrə yuxarı bal toplamış namizəd test imtahanını müvəffəqiyyətlə keçmiş sayılır.
Çəki əmsalı və prioritetlik üzrə ardıcıllıq “İxtisas”, “Məntiq”, “ Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi ” və “Kompüter bilikləri” blokları olmaqla götürülür.
DİQQƏT!
Hər bir namizəd etibarlılıq müddəti başa çatmamış, üzərində şəkli əks olunmuş şəxsiyyətini təsdiq edən sənədin əslini (etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqəsi, hərbi bilet, xarici pasport, sürücülük vəsiqəsi) təqdim etməklə test imtahanına buraxılır.