2005-ci ildə təsis edilən “Oil and Gas ProServ” MMC neft və qaz sənayesinin avadanlıqlar, xidmətlər, texniki təcrübə və dəstəklə təmin edilməsi, təchiz olunan məhsullara diaqnostika baxışının təşkili, xidmətlərin keyfiyyətini və səmərəliliyini yüksəltmək üçün heyətə təlimlərin keçirilməsi məqsədilə yaradılıb.
“Oil and Gas ProServ” MMC “AQP çöküntülərinə qarşı kimyəvi reagentin tətbiqi” layihəsi çərçivəsində SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 45 və “Neft Daşları” NQÇİ-nin 10 quyusunda müvəffəqiyyətlə fəaliyyət göstərir. Eyni zamanda, vintli nasos istehsalçısı olan Almaniyanın “NETZSCH Pumpen and System GmbH” şirkətinin Azərbaycan Respublikasında rəsmi distribütorudur. Bu əməkdaşlıq nəticəsində “Azneft” İB-nin mədənlərində 33-dək vintli nasosun (PCP) quraşdırılaraq istismara buraxılması həyata keçirilib və proses uğurla davam edir. Həmçinin uzunmüddətli istismardan sonra təmirə və yenilənməyə ehtiyac olan vintli nasos dəstlərinin təmirini həyata keçirir. Hazırda 9 vintli nasos dəsti əsaslı təmir olunaraq yenidən quyularda istismara buraxılıb.
Şirkət, neft sektorunda olduğu kimi, qeyri-neft sektorunda da özünü sınayıb və “Tullantıların təkrar emalı zavodunda SST-400 buxar turbinin quraşdırılması və istismara buraxılması layihəsi”ni müvəffəqiyyətlə tamamlayıb.