Hörmətli namizəd!
Sizə,
Gənc İstedadlar Proqramı üzrə müsabiqənin test imtahanı mərhələsində 2 blokdan ibarət olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edirik.
1. "Məntiqi təfəkkürün yoxlanılması" üzrə - 20 test tapşırığı.
2. "İngilis dili biliklərinin yoxlanılması" üzrə - 20 test tapşırığı;
Test tapşırıqlarını cavablandırmağınız üçün 60 dəqiqə vaxt ayırırıq.
DİQQƏT!
İmtahanda Sizə, təqdim edilən test tapşırıqları, 5 cavab variantından 1 - i düzgün olan - bir seçimli (1/5) və ya 7 cavab variantından 3 - ü düzgün olan - çox seçimli (3/7) suallardan ibarət ola bilər. Çox seçimli (3/7) suallarda düzgün cavab variantlarının hamısı düzgün seçilməlidir.
Test imtahan nəticələrinin qiymətləndirilməsi - test imtahanının nəticəsini bal sistemi tətbiq etməklə qiymətləndiririk. Doğru cavablandırdığınız test tapşırıqlarının hər birini 1 balla, yanlış cavablandırdığınız və ya cavablandırmadığınız test tapşırıqlarının hər birini isə 0 balla qiymətləndiririk. Nəzərə alasınız ki, səhv cavablandırırdığınız test tapşırıqları sizin ümumi nəticənizə təsir etmir.
Hər bir namizəd etibarlılıq müddəti başa çatmamış, üzərində şəkli əks olunmuş şəxsiyyətini təsdiq edən sənədin əslini (etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqəsi, hərbi bilet, xarici pasport, sürücülük vəsiqəsi) təqdim etməklə test imtahanına buraxılır.
Bir seçimli (1/5) və ya çox seçimli (3/7) suallar ilə “Test tapşırıqları” bölməsindən tanış ola bilərsiniz.