2005-ci ildə yaradılan “Cross Caspian Oil and Gas Logistics” MMC dəniz, boru kəməri və dəmir yolu daşımaları vasitəsilə Xəzər dənizi ilə Qara dənizə və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin giriş nöqtəsinə inteqrasiya olunmuş karbohidrogen nəqli xidmətlərini koordinasiya və təmin edir. Şirkətin aparıcı infrastruktur inkişafı layihələri Kulevi və Səngəçal neft terminallarıdır.
“Cross Caspian Oil and Gas Logistics” MMC, 2006-ci ildən etibarən Qazaxıstanın “Tengiz” yatağından çıxan xam nefti daşımağa başlayıb. Qeyd edək ki, “Tengiz” yatağı “Chevron”, “ExxonMobil” və “AzAÇG” şirkətlərinin daxil olduğu “Tengizchevroil” konsorsiumu tərəfindən işlənilir.