2018-ci ildə yaradılan “Caspian Geo” MMC Xəzər bölgəsində həm quruda, həm də dənizdə seysmik məlumatların toplanması və emalı xidmətlərini həyata keçirir. “Caspian Geo” MMC, “Caspian Geophysical” şirkətindən zəngin irsə sahib olaraq, 1995-ci ildən Xəzər dənizində "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti" (ABƏŞ), “Xəzər Beynəlxalq Neft Şirkəti”, “Şimali Abşeron Əməliyyat Şirkəti”, "bp", “Total-Fina-Elf”, “ExxonMobil”, “Chevron”, “Overseas Petroleum Company”, “Agip”, “LUKoil”, JAOC və s. şirkətlər üçün seysmik tədqiqatlar aparıb.
“Caspian Geo” MMC ikiölçülü (2D) və üçölçülü (3D) strimer (Streamer), yüksək dəqiqlikli okean dibi kabel (OBC - Ocean Bottom Cable), yüksək dəqiqlikli okean dibi qovşaq (OBN - Ocean Bottom Node), TZ və Quru (Land) məlumatların alınması və emalını ən yüksək beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir.