1994-cü ildə yaradılan “AzGerneft” MMC ölkəmizdə karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və hasilatı, eləcə də istifadə edilən materialların nəqli və satışı ilə məşğuldur.
“AzGerneft” MMC hazırda Bakı şəhərinin Ramana kəndi ərazisində yerləşən “Balaxanı-Sabunçu-Ramana” yatağının “Ramana” sahəsinin (keçmiş “Balaxanıneft” NQÇİ-nin 7-ci mədəni) istismar işlərini həyata keçirir.