Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

1996-cı ildə yaradılan “AZFEN” Birgə Müəssisəsi (BM) neft şirkətləri üçün yüksək səviyyəli tikinti və mühəndislik işlərini həyata keçirmək məqsədilə təsis olunub. “AZFEN” irihəcmli neft layihələri üçün boru kəmərlərinin, platformaların və terminalların tikinti işlərini görür. “AZFEN” BM “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə platformaların hazırlanması, Cənubi Qafqaz Boru Kəmərinin tikintisi, Qərb Marşrutu İxrac Boru Kəmərinin yenilənməsi layihələrində, eləcə də “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda müxtəlif subpodrat layihələrində yaxından iştirak edib.

BM hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə “Azəri Mərkəzi Şərqi” neft platforması üçün üst tikililərin və qazma qurğularının emalatı və inteqrasiyasını həyata keçirir. Eyni zamanda, İspaniyanın “Tecnicas Reunidas” şirkəti tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurması layihəsinə subpodratçı qismində cəlb edilib.