Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“Azeri M-I Drilling Fluids” MMC


1996-cı ildə yaradılan “Azəri M-I Drilling Fluids” MMC Azərbaycanda neft və qaz quyularının qazılması və tamamlanması əməliyyatlarının müvafiq məhlullar ilə təchizatı sahəsində tanınmış şirkətdir. Şirkət API standartlarına cavab verən kimyəvi reagentlərin (barit, bentonit və s.) istehsalı və saxlanılması, qazma və tamamlama məhlullarının hazırlanması, məhlulda süxur hissəciklərinə nəzarət, tullantıların idarə edilməsi, quyunun məhsuldarlığının artırılması, hasilat texnologiyaları və mühəndislik xidmətləri sahələrində fəaliyyət göstərir. Ölkəmizdəki fəaliyyəti ərzində qazma məhlullarının elmi və texnoloji istehsalına nail olmaqla və təcrübədə ekoloji təhlükəsizliyi uğurla təmin etməklə tərəfdaşları arasında böyük nüfuz qazanıb.

“Azeri M-I Drilling Fluids” MMC “Şahdəniz”, “Abşeron”, “Ümid” qaz-kondensant yataqları daxil olmaqla mühüm əhəmiyyət daşıyan yataqların işlənməsində və kəşfiyyatında, eləcə də “Əsrin müqaviləsi” əsasında “AÇG” yataqlar blokunun işlənilməsində yaxından iştirak edir.