Please ensure Javascript is enabled for purposes of website accessibility
0%

“Atəşgah Sığorta Şirkəti” ASC


1996-cı ildə yaradılan “Atəşgah Sığorta Şirkəti” ASC fiziki və hüquqi şəxslərin əsasən mülkiyyət və kommersiya maraqlarının, onların həyat və sağlamlıqlarının sığorta edilməsi məqsədilə təsis edilib.

Şirkət fəaliyyət göstərdiyi müddət ərzində tətbiq etdiyi yeniliklərlə şeçilib. Azərbaycanda ilk dəfə tibbi sığorta şirkətini və Telemarketinq şöbəsini (sığorta şəhadətnamələrinin telefon vasitəsilə satışı) yaradan “Atəşgah” müştərilərə davamlı olaraq rəqəmsal həllər təqdim edir. “İnnovasiyalar sayəsində maliyyə sektorunda lider olaraq qalmaq, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” vizyonunu əsas götürən şirkət “#trashtag”, “Birlikdə sağlam gələcək naminə!” və s. kimi bir çox sosial layihələrə imza atıb. Eyni zamanda “Keyfiyyət Menecmenti Sistemi” üzrə fəaliyyətinin və xidmət keyfiyyətinin beynəlxalq standartlara tam uyğunluğunu 2020-ci ildə ISO 9001:2015 sertifikatı ilə təsdiq edib.