News Archive

           
                           
                               2020-ci ilin III rübündə qazma, hasilat, emal və ixrac göstəriciləriGallery                            
                           
                               
                               
                                   15 October 2020                                                                    

2020-ci ilin III rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri

                               
                               

2020-ci ilin üçüncü rübündə SOCAR tərəfindən 1,8 milyon tondan çox1 neft, 1,8 milyard kubmetrdən çox2 qaz hasil olunmuşdur. OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında azalma qeydə alınmışdır. Öhdəliklər yalnız xam neft hasilatını əhatə etdiyi üçün qaz hasilatında artım tempi davam etmişdir. Müvafiq dövrdə ölkə üzrə 8,2 milyon tona yaxın3 neft, 8,2 milyard kubmetrə yaxın4 qaz hasil edilmişdir.

Üçüncü rüb ərzində qazma işləri şirkət üzrə 11 min metr5, ölkə üzrə isə 42 min metrə yaxın6 həcmlərdə həyata keçirilmişdir.

Eyni zamanda SOCAR tərəfindən 1,3 milyon tona yaxın7 neft, 827 milyon kubmetrdən çox8 təbii qaz emal olunmuşdur.

SOCAR-ın xammal üzrə ixrac göstəriciləri 3,7 milyon tona yaxın9 neft, 148 milyon kubmetrdən çox10 qaz həcmlərini təşkil etmişdir. 2020-ci ilin 3-cü rübündə ölkə daxilində 2,3 milyard kubmetrə yaxın qaz11 istehlak olunmuş, 3 milyard kubmetrdən artıq12 qaz isə ölkədən ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Rüb ərzində həm də SOCAR-ın müəssisələrindən istehsal olunmuş 571 min ton13 neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir.

Qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.

11.803.310 ton

21.842.764.000 kubmetr

38.184.440 ton

48.183.295.000 kubmetr

511.105 metr

641.525 metr

71.256.412 ton

8827.481.000 kubmetr

93.637.330 ton

10148.153.000 kubmetr

112.296.008.000 kubmetr

123.012.618.000 kubmetr

13571.471 ton